1 may 2011 12:59
Millimiz Rusiya klubunu 5 qolla keçdi (YENİLƏNİB)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turnirində bu gün növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, qrup mərhələsindəki oyunlardan ikisində məğlub olub, yalnız birində qələbə qazanan komandamız 5-8-ci yerlər uğrunda mübarizə aparır.
Millimizin final mərhələsindəki ilk rəqibi isə Rusiyanın “Apollo” komandası olub. Bu rəqibini keçməyi bacaran millimiz sabah 5-6-cı yerlər uğrunda "Sovmortrans" - CSKA cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan – Apollo – 5:3 (2:2)
Qollar: Elvin Quliyev, 18 (1:0), Maksim Aqafonov, 19 (1:1), Namiq İsgəndərov, 19 (2:1), İqor Kazakov, 20 (2:2), Elvin Quliyev, 27 (3:2), Nahid Mehrəliyev, 30 (4:2), Ramil Əliyev, 30 (5:2), Anton Kuratnik, 35 (5:3).
