2 may 2011 00:32
Neftçi ÇL-də səpələnməmişlərin siyahısında yer alacaq
Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının təsnifat mərhələsinin püşkatması zamanı səpələnməmişlərin siyahısında yer alacaq. Azerisport.az xəbər verir ki, artıq Arif Əsədovun komandasının potensial rəqiblərinin də bəziləri məlumdu.
Belə ki, onların sırasında Norveç “Rosenborg”u, Xorvatiyanın “Dinamo” (Zaqreb), Kiprin APOEL, Belarusun BATE kimi komandaları var.
