2 may 2011 13:29

Rəşad Sadiqov: XL-la növbəti oyun da istisna olmayacaq

“Qarabağ”ın kapitanı Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində “Bakı” ilə son oyundan, komandasının şanslarından danışıb.
 
- Son oyundan belə nəticə gözləyirdiz?
- Biz bilirdik ki, çətin oyun olacaq. Ümumiyyətlə, birinci altılıqda zəif komanda yoxdu. Həm də “Bakı”nın üstündə bizdəki kimi təzyiq yoxdu. Çünki onların çempionatda heç bir şansı qalmadığından oyunlara tam arxayın çıxırlar. Bizdə isə vəziyyət bir qədər fərqlidi. Həmçinin heyətdəki itkilər də sözünü dedi. Məsələn, Türkiyədən yeni qayıdan Rəşad Sadıqov məcburiyyətdən oyuna daxil oldu.

- Elə siz özünüz də ötən turda zədə almışdınız...
- Bəli, mənim zədəm artıq arxada qalmışdı. Amma bu gün dizimdən zədə aldım. Hələ ağrılar hiss edirəm. Baxaq, görək müayinə nə göstərəcək.
 
- İlk yarının gedişi elə təsir bağışlayırdı ki, siz rəqibi düzgün qiymətləndirməmisiz...
- Belə bir şey ola bilməzdi. Bilirdik ki, “Bakı” heç də zəif komanda deyil. Biz elə birinci hissədə də çoxlu hücumlar edirdik, qol vəziyyətləri yaradırdıq. Amma onları dəyərləndirə bilmədik. Əvəzində öz qapımızda qollar gördük. İkinci hissədə isə istəyimizə nail ola bildik və hesabı bərabərləşdirdik.
 
- Demək olar ki, qeydə alınan heç-heçədən razı qaldınız?
- Nəzərə alsaq ki, oyunun gedişində uduzurduq, buna görə bu nəticədən razı qalmaq olar. Hər halda məğlubiyyətlə müqayisədə heç-heçə 1 xal qazandırır.
 
- Amma bu heç-heçə daha çox “Neftçi” üçün göydəndüşmə oldu və onlar çempionluğunu baydam etdi...
- Mən bunu onlar üçün hədiyyə hesab etmirəm. Biz “Neftçi” üçün oynamırdıq. Komandamız meydana qələbə üçün çıxsa da, heç-heçəyə razılaşmalı olduq. Amma burda heç nə etmək olmaz.
 
- 30-cu turda “Qarabağ”ı “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Amma onları “Bakı” ilə çətin kubok dueli gözləyir və yəqin ki, yorğun olacaqlar...
- Düşünmürəm ki, bu amil bizim üçün ciddi üstünlük yaratsın. Bizim XL-la oyunlarımız həmişə maraqlı və gərgin alınıb. Bu dəfə də istisna olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.