2 may 2011 13:38
Azərbaycan millisi Bolqarıstanla qarşılaşa bilər
Futbol üzrə Azərbaycanın əsas yığma komandası Bolqarıstanla yoldaşlıq oyunu keçirə bilər. Azerisport.az xəbər verir ki, bolqarlar bu oyunun avqustun ortalarında keçirilməsini istəyirlər.
Qeyd edək ki, bununla yanaşı millimizin Belarus və Qazaxıstanla da qarşılaşması variantı mümkündü. AFFA-nın baş katibi Elxan Məmmədov isə hələlik avqust ayı üçün rəqibimizin kimliyinin dəqiqləşmədiyini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bir neçə federasiya ilə danışıqlarımızı davam etdiririk. Onların arasında Bolqarıstan Futbol Federasiyası da var. Amma hələlik konkret bir nəticə yoxdu”.
“Biz bir neçə federasiya ilə danışıqlarımızı davam etdiririk. Onların arasında Bolqarıstan Futbol Federasiyası da var. Amma hələlik konkret bir nəticə yoxdu”.
