2 may 2011 14:26
Xəzər Lənkəran`ın üçüncü mükafatı
“Xəzər Lənkəran” Azərbaycan çempionatlarında növbəti mükafatını qazanacaq. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi Premyer Liqanın 29-cu turundan sonra medallardan birini təmin edib.
“Neftçi”nin çempionluğu təmin etməsindən sonra qızıl medal şanslarını rəsmən itirən “Xəzər Lənkəran” 4-cü pillədə qərarlaşan AZAL-ı 10 xal qabaqlayır. Sona 3 tur qaldığından bu fərqin aradan qaldırılması mümkün deyil. Bu isə o deməkdi ki, “ağ-yaşıllar” ya indi tutduğu yerə uyğun gümüş, ən pis halda isə bürünc mükafata sahib olacaq.
Bu isə “Xəzər Lənkəran”ın tarixində çempionatda qazanılan 3-cü mükafat olacaq. 2004/05 mövsümündə Rasim Karanın rəhbərliyi altında gümüş, 2006/07 mövsümündə Ağasəlim Mircavadovla qızıl qazanan komanda 4-cü uğurunu Mkiirça Redniklə əldə edib. Bu, qızıldan 4 il sonra baş verib.
