2 may 2011 02:40
Rail Məlikov: Bu, onun qələbəsidi
Premyer Liqanın 29-cu turunda AZAL-ı məğlub edən "Neftçi" sona 3 tur qalmış 2010/2011-ci il futbol mövsümünün çempionu oldu. Azerisport.az xəbər verir ki, komandanın kapitanı Rail Məlikov bu münasibətlə sevincini bölüşüb:
"Gözəl qələbə oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Bizə hər cür şərait yaratdığına klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Bu, onun qələbəsidi". (klubun saytı).
