2 may 2011 14:41
PFL və Neftçi`nin təhlükəsizlik işçiləri arasında qalmaqal
Premyer Liqanın 29-cu turunun AZAL və “Neftçi” arasındakı qarşılaşmadan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, hadisəyə səbəb “Neftçi”nin təhlükəsizlik xidmətinin bir əməkdaşının Peşəkar Futbol Liqasının rəhbəri Aslan Şahgəldiyevi mətbuat konfransının keçirildiyi otağa buraxmaması olub.
“Neftçi”nin qoruyucularından biri hətta Şahgəldiyevə qarşı bir qədər kobudluq da edib ki, nəticədə məsələyə PFL-in təhlükəsizlik xidmətinin işçiləri də qarışıb. Lakin tərəflər arasında dava düşməsinə son anda imkan verilməyib. Aslan Şahgəldiyev isə istənilən halda konfrans zalına daxil ola bilib.
