2 may 2011 01:50
Denis Silva: Neftçi ən güclü olduğunu bir daha sübut etdi
"Neftçi"nin bütün üzvləri kimi braziliyalı müdafiəçi Denis Silva da çempionluğun dadını çıxarmaqdadı. Azerisport.az xəbər verir ki, AZAL ilə oyunda qazanılan 3:1 hesablı qələbədən sonra o da ürək sözlərini klubun rəsmi saytına bildirib:
“Möhtəşəm qələbə idi. Çempionluq sevinci yaşamaq çox xoşdu. "Neftçi" ən güclü olduğunu bir daha sübut etdi. Klub rəhbərliyinə və bizi sonadək dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm".
