UEFA Çempionlar Liqası ilə Avropa Liqasının yeni mövsümünün püşkatma mərasimlərinin tarixləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan klubları ilk rəqiblərini iyunun 20-də tanıyacaqlar.
Belə ki, həmin gün həm ÇL-in, həm də Avroliqanın ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Bu mənada Azərbaycan çempionu “Neftçi” avrokuboklara qayıdışını iyulun 12-13-də qeyd etmək şansı qazanacaq. Çünki ÇL-in ikinci təsnifat mərhələsinin ilk oyunları məhz həmin günlərə təsadüf edəcək. Arif Əsədovun komandası həmin mərhələnin püşkatması zamanı səpələnməmişlər sırasında olacaq ki, bu da “ağ-qaralar”ın nisbətən güclü rəqiblərlə qarşılaşacağı anlamına gəlir. İkinci təsnifat mərhələsinin cavab qarşılaşmaları isə bir həftə sonra – 19-20 iyul tarixlərində baş tutacaq.
“Neftçi” ikinci təsnifat mərhələsini uğurla adlayacağı halda, üçüncü təsnifat mərhələsindəki rəqibinin kimliyini iyulun 15-də baş tutacaq püşkatma mərasimində biləcək. Lakin bu mərhələdə uduzsa belə, Arif Əsədovun komandası Avropa Liqasında mübarizəni davam etdirmək şansı qazanacaq.
Lakin həmin dövrə kimi Avropa Liqasındakı digər təmsilçilərimizin oyunlarının şahidi olacağıq. Premyer Liqamızda ikinci və üçüncü yeri tutan komandalar Avropa Liqasında mübarizəyə birinci mərhələdən başlayacaqlar ki, həmin oyunlar da 30 iyunda və 7 iyulda baş tutacaq. Hələlik bu mərhələdən mübarizəyə başlayası komandalar kimi “Xəzər Lənkəran” və “Qarabağ”ı göstərmək olar. Lakin cənub təmsilçisi Azərbaycan kubokunu qazana bilsə, o zaman Avroliqadakı çıxışına ikinci mərhələdən start verəcək. Bu mərhələnin oyunları isə 14-21 iyul tarixlərində keçiriləcək. Belədə, Avroliqanın ilk təsnifat mərhələsində “Qarabağ”la eyni vaxtda mübarizə aparmaq hüququ AZAL-a qismət ola bilər.
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi isə iyulun 15-də keçiriləcək. Həmin mərhələnin oyunları da iyulun 28-4 avqust aralığında baş tutacaq. Pley-off mərhələsinə gəlincə, püşkatma avqustun 15-də gerçəkləşəcək.
|
Çempionlar Liqası
|
Püşkatma
|
İlk oyunlar
|
Cavab oyunları
|
|
Birinci təsnifat mərhələsi
|
20 iyun
|
28-29 iyun
|
5-6 iyul
|
|
İkinci təsnifat mərhələsi
|
12-13 iyul
|
19-20 iyul
|
|
Üçüncü təsnifat mərhələsi
|
15 iyul
|
26-27 iyul
|
2-3 avqust
|
|
Pley-off mərhələsi
|
5 avqust
|
16-17 avqust
|
23-24 avqust
|
|
Avropa Liqası
|
Püşkatma
|
İlk oyunlar
|
Cavab oyunları
|
|
Birinci təsnifat mərhələsi
|
20 iyun
|
30 iyun
|
7 iyul
|
|
İkinci təsnifat mərhələsi
|
14 iyul
|
21 iyul
|
|
Üçüncü təsnifat mərhələsi
|
15 iyul
|
28 iyul
|
4 avqust
|
|
Pley-off mərhələsi
|
5 avqust
|
18 avqust
|
25 avqust
|