2 may 2011 16:11

“Bu, Azərbaycan futboluna qarşı düşmənçilikdi, cinayətdi”

“Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarov ölkəmizdə səviyyəli hücumçuların yetişməməsindən şikayətlənib. Azerisport.az xəbər verir ki, o, müsahibəsində bu problemlə bağlı aşağıdakıları dilə gətirib:

“Hücum – çox çətin mövqedi. Bəlkə də futbolda əsas məsuliyyət elə məhz hücumçuların üzərinə düşür. Dörd müdafiəçi, dörd yarımmüdafiəçi oynamaq olar. Dörd hücumçu ilə nadir hallarda hansısa klub oynaya bilər. Əksər hallarda iki hücumçulu taktiki sxemə üstünlük verilir. Deməli, iki hücumçu dörd müdafiəçiyə qarşı olur. Bu isə asan məsələ deyil. Müdafiəni yarmaq – oyunu oxumaq, topsuz oyun, texnika, taktiki tapşırıq, sağ-sol ayaqla işləmək, başla oyun, qapı istiqamətində topa zərbə. Bax, bunun üçün usta olmalısan. Təəssüf ki, Azərbaycan futbolunda bu gün yaxşı hücumçu görmürəm. Təkcə, Rauf Əliyevi fərqləndirmək olar.
 
Niyə qapıçılarla işləyən məşqçi var, hücumçularla yox? Bu gün dünya futbolunun yaralı yeri yaxşı hücumçuların azlığıdı. Hücumçular da, bu gün, yarımmüdafiədən oynayır. Təmiz hücumçu qıtlığı var. AFFA-ya və işlədiyim klubların rəhbərlərinə təklif etmişəm ki, hücumçularla işləyən məşqçi götürsünlər. Bu təklifi Avropa miqyasına çıxarmaq lazımdı. Təəssüf ki, hələlik təklifimə müsbət cavab verən yoxdu.
 
Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi üçün vahid proqram hazırlanmalıdı. Bu mənim fikrimdi. Həmin proqramda millətin fiziki göstəriciləri, mental dəyərləri və futbol ənənələri nəzərə alınmalıdı. Bu gün Premyer Liqada çıxış edən klubların hərəsi bir üslubda futbol oynayır. Ona görə də milli komanda axsayır. Uşaq futbolunda çalışan məşqçilərin təyinatına ciddi fikir vermək lazımdı.
 
Çalışmaq lazımdı ki, onlar ən azı 5-6 illik  futbolçu karyerası olanlar olsun. Onlara verilən maaş çox yüksək olmalı və pulun bir hissəsi onun iki-üç il ərzində yetişdirdiyi futbolçuların sayına əsasən ödənilməlidi. Belədə məşqçi məsuliyyət hiss edəcək.
 
Klublarda aşağı yaş qrupları üzrə komandalar üçün hazırlanan məşq planlarının bəziləri ilə  tanış olmuşam. Çox gülməli məşqlər keçirlər. 10 yaşlı uşaqlar fiziki çalışmalar yerinə yetirməyə məcbur edilir. Bu, Azərbaycan futboluna qarşı düşmənçilikdi, cinayətdi”. ("Bakı"nın saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.