2 may 2011 16:32
Neftçi Flavinyo ilə 3 illik müqavilə imzalayacaq
Yeni Azərbaycan çempionu “Neftçi” braziliyalı hücumçusu Flavinyo ilə 3 illik müqavilə imzalayacaq. Bu haqda azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov məlumat verib:
“Mən klub rəhbərliyi ilə söhbət etdim. Onlardan xahiş etdim ki, Flavinyonun transfer məsələsini tam həll etsinlər. Çünki o, bizdə icarə əsasında çıxış edirdi. Rəhbərlik də müsbət cavab verdi. İndi isə artıq onunla 3 illik müqavilə imzalamağa hazırlaşırıq”.