2 may 2011 17:12
Arif Əsədov: Bahodir Nasimov Neftçidə qalmalıdı
Yeni Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov Bahodir Nasimovun komandada qalmaq perspektivini qiymətləndirib. Azerispot.az saytına müsahibəsində “ağ-qaralar”ın baş məşqçisi bunları dilə gətirib:
“Nasimov hələ də “Rubin”in oyunçusudu və komandamızda icarə əsasında çıxış edir. Onun bu ilki çıxışı tam uğurlu alınmasa da, bizə lazımlı oyunçudu. Bahodirin çempion olmağımızda da xidmətləri danılmazdı. Buna görə də hesab edirəm ki, Nasimov “Neftçi”də qalmaqlıdı. Tezliklə, “Neftçi” və “Rubin” rəsmiləri görüşüb bu məsələni tam şəkildə yoluna qoyacaqlar”.