2 may 2011 18:00
Rəşad Abdullayev: Artıq əsas hədəfimiz ÇL-də ölkəmizi layiqincə təmsil etməkdi
"Neftçi"nin 27 nömrəli təcrübəli futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlamasında növbəti çempionluqları ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Qarşımızda duran vəzifənin öhdəsindən gəldik. İnanın bu mövsüm çempion olmağı biz hamıdan çox istəyirdik. Allaha sükürlər olsun, arzumuza çatdıq. Uzun müddət idi "Neftçi" uğur qazana bilmirdi. Bu mövsüm gözəl komanda quruldu. Səviyyəli yerli və legioner futbolçularla yanaşı, gənc futbolçulara da heyətdə yer verildi. Çox çətin mövsümü arxada qoyuruq. "Neftçi"də olan hər kəsin bu çempionluqda böyük payı var. Klub rəhbərliyinin, məşqçilər korpusunun, futbolçuların, klubumuzun əməkdaşlarının, hamının səyi nəticəsində qızıl medalları qazandıq. Bu çempionluğu prezidentimiz Sadıq Sadıqova, komandamızın möhtəşəm azarkeşlərinə həsr edirik. Artıq əsas hədəfimiz UEFA Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil etməkdi. Düşünürəm ki, "Neftçi" Avropa arenasında uğurla çıxış edərək yeni bir ilkə imza atmaq iqtidarındayıq".
