2 may 2011 19:24
AFFA-nın lisenziya verdiyi klubların siyahısı müəyyənləşdi
2011-2012-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-nın Lisenziyalaşma qrupuna müraciət etmiş klublara gözlənilən cavablar müəyyənləşib. Azerisport.az xəbər verir ki, AZAL, “Bakı”, “İnter”, “Neftçi”, “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran” klublarının müraciətinə AFFA-nın Lisenziyalaşdırma komissiyasının iclasında baxılıb.
Adı qeyd olunmuş klubların hamısı UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziyanı əldə ediblər.
