2 may 2011 19:50
Millimizə FAİR PLAY mükafatı verildi
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası təşkilatçılar tərəfindən “FAİR PLAY” mükafatına layiq görülüb. Azerisport.az xəbər verir ki, bu, komandamızın yeganə mükafatı olub.
Yarışın nəticələrinə gəlincə, futbolçularımız sadəcə 5-ci pilləni tutması ilə təsəlli tapa bilib.
