2 may 2011 11:36
Qəbələ Azərbaycan çempionu oldu (FOTOLAR)
AFFA-nın U-13 Liqasının 2010/2011-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin finalında “Neftçi” və “Qəbələ” komandaları qarşılaşıb.
Oyun 0:0 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən “Qəbələ” 6:5 hesabı ilə qələbə qazanaraq U-13 Liqasının qalibi olub.
Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
