2 may 2011 11:47
Bakı - XL və AZAL - İnter matçları eyni saatda
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının keçirilmə yerləri və başlama vaxtları açıqlanıb. Azerisport.az xəbər verir ki, hər ikisi Bakıda baş tutacaq duellər elə eyni saatda start götürəcək.
Belə ki, Peşəkar Futbol Liqası həm "Bakı" - "Xəzər Lənkəran", həm də AZAL - "İnter" oyununun saat 18:00-da start götürməsinə qərar verib. Qeyd edək ki, cavab görüşləri mayın 4-də baş tutacaq.
Azərbaycan kuboku
1/2 final
Cavab oyunları
4 may (çərşənbə)
Bakı - Xəzər Lənkəran (ilk oyun: 0:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
AZAL - İnter (ilk oyun: 0:0)
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 18:00.
