2 may 2011 14:01
Millimiz Rusiya klubunu yenib, 5-ci oldu (YENİLƏNİB)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş OBSL 2011 “Spring” beynəlxalq turniri çərçivəsində bu gün son oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız 5-6-cı yerlər uğrunda mübarizədə yerli "SOVMORTRANS"la münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, qrup mərhələsindəki oyunlarından ikisində uduzub, sadəcə birində qələbə qazanan komandamız final mərhələsində dünən Rusiyanın “Apollo” komandası ilə qarşılaşdı və 5:3 hesabı ilə qələbə qazandı. Nəticədə 5-ci yeri tutmaq şansı qazanan təmsilçimiz bunun üçün digər Rusiya təmsilçisinə də eyni aqibəti yaşatmalı idi. Bu vəzifənin də öhdəsindən layiqincə gələn təmsilçimiz Rusiyadakı turniri 5-ci pillədə bitirib.
AZƏRBAYCAN - SOVMORTRANS - 2:0 (0:0)
Qollar: Emin Kürdov, 24 (1:0), Elvin Quliyev, 36 (2:0).
