2 may 2011 00:14

Çempionluq turu

Premyer Liqanın cari mövsümündə daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, bu turu “Neftçi”nin qızıl medallara sahib çıxması münasibətilə çempionluq turu adlandırmaq daha məqsədəuyğun olardı.
 
Təbii ki, bu öncədən də gözlənilirdi. Çünki əsas izləyicilərinin xal itirəcəyi və AZAL-ı yenəcəyi halda “ağ-qaralar”ın çempionluğu vaxtından öncə təmin edəcəyi məlum idi. Amma intriqanın daha tez ölməsini istəməyənlər “təyyarəçilər”in lideri büdrətməsinə də ümid bəsləyirdilər. Axı elə bu yaxınlarda sözügedən komandaların duelində son vaxtlar heç də pis təsir bağışlamayan AZAL “Neftçi”yə heç də asanlıqla təslim olmamaqla, bunun mümkünlüyünü sübut edə bilmişdi.
 
Lakin Arif Əsədovun komandasının ilk dəqiqələrdən irəli atılaraq erkən qol vurması meydan sahiblərinin məğlubiyyətində başlıca rol oynadı. Tezliklə daha bir qol vuran qonaqlar demək olar ki, çempionluğu elə bu tur rəsmiləşdərəcəyinə şübhə yeri qoymadı. Amma bununla yanaşı qarşılaşmanın kifayət qədər sərt məcrada keçməsini də qeyd etmək lazımdı. Təsadüfi deyil ki, AZAL-da Aqil Nəbiyev, “Neftçi”də isə Flavinyo, Mpenza və Rail Məlikov qarşılaşmanın gedişində zədə alaraq oyunu sona çatdıra bilmədi. Elə meydan sahiblərinin oyunçusu Robert Petrov da. Lakin o, meydanı orijinal hərəkətindən sonra tərk etməli oldu. Çünki hakimin idarəçiliyindən narazı olan legioner futbolçu ədalət təmsilçisinin ayağına zərbə vurmaqla onu yerə yıxmağa çalışdığı üçün qarşısında qırmızı vərəqə gördü.
 
Amma bütün bunlar flaqmanın çempionluğu bayram etməsinə mane olmadı. Arif Əsədovun komandası düz altı illik fasilədən sonra yenidən Azərbaycan çempionu adını qazanmağa nail oldu. Düzdü, bu turdan sonra paytaxt klubunu daha 3 qarşılaşma gözləyir. Lakin həmin oyunların artıq tam formal xarakter daşıyacağı şübhə doğurmur. Bakılılar sadəcə həmin oyunlara əvəzedici heyəti sınaqdan keçirmək gözü ilə baxa bilərlər.
 
Günün daha bir maraqlı qarşılaşması da Suraxanıda idi. Burda “Qarabağ” birinci altılığın autsayderi “Bakı”nı qəbul edirdi. Çoxları Ağdam təmsilçisinin bir gün öncə xal itirən “Xəzər Lənkəran”ın büdrəməsindən maksimum yararlanıb, ikinci pilləyə yüksələcəyini gözləyirdi. Axı hamı çempionatda heç bir iddiası qalmayan “zolaqlılar”ın da daha çox cənublularla kubokun cavab görüşünü nəzərə alaraq, gücünü qoruyacağını düşünürdü. Lakin heç kimin gözləmədiyi halda paytaxtın eyniadlı komandası Qurban Qurbanovun komandasına çox çətin anlar yaşatdı. Oyunun əvvəlində iki erkən qola sevinən “zolaqlılar”ın heyətində öz oyunu ilə tənqidlərdən yaxa qurtara bilməyən Vaqif Cavadovun da keçmiş komandasına qarşı ikiqat güclə oynaması və vurulan qollardan birinin müəllifinə çevrilməsi diqqətçəkən məqamlardan idi.
 
Düzdü, sonda Ağdam təmsilçisi özünü toparlayaraq, məğlubiyyətdən qaça bildi. Lakin onların bundan artığına gücü çatmadı. Beləcə, “Qarabağ” cənubluların xal itkisindən yararlana bilmədi və elə yerində saymış oldu. Lakin bundan sonra Premyer Liqada elə ən maraqlı mübarizə bu iki komandanın ikincilik mübarizəsi olacaq.
 
Premyer Liqa
29-cu tur
 
Qarabağ - Bakı - 2:2 (0:2)
Qollar: Zaur Həşimov, 22-öz qapısına (0:1), Vaqif Cavadov, 26 (0:2), Georgi Adamiya, 60 (1:2), Admir Teli, 90 (2:2).
Vərəqələr: Fabio Luis Ramim, 25, Vyaçeslav Sofroni, 42, Stevan Bates, 45, Xalidu Sissoko, 90+2 – sarı.
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Mübariz Haşımov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
1 may 2011. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1500 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov (17. Vüqar Nadirov, 82), 5. Maksim Medvedev (14. Rəşad Sadıqov, 28), 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 20. Nderim Nedzipi (9. Elvin Məmmədov, 58), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 72. Devran Ayhan.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 23. Xalidu Sissoko, 9. Vaqif Cavadov, 11. Adnan Barakat, 12. Vyaçeslav Sofroni, 15. Cəmşid Məhərrəmov (k) (3. Rafael Əmirbəyov, 75), 20. Fabio Luis Ramim (7. Mahmud Qurbanov, 46), 29. Əziz Quliyev, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa, 77. Aleksandar Soliç (55. Junior Osvaldo, 58).
Ehtiyat oyunçular: 13. Aqil Məmədov, 10. Nicat Abdullayev, 18. Radomir Todorov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Aleksandr Starkov.
 
Turan - Muğan - 0:1 (0:1)
Qol: Taqim Novruzov, 42 (0:1).
Vərəqələr: Muammer Erdoğdu, 15 - Reys Klaudiney, 73, Ekrem Hodziç, 90+3 – sarı.
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Azad Ə. Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
1 may 2011. Saat 16:00. Tovuz şəhər stadionu. 1006 tamaşaçı.
Turan: 12. Şamil Saidov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 8. Akif Tağıyev (6. Elnur Abbasov, 46), 19. Rəşid Həsənov, 21. Rəşad Orucov, 25. Martin Kerçev, 26. Boris Kondev, 28. Yasin Abbasov (10. Xəyal Qarayev, 46), 45. Fərmayıl Əliyev (11. Azər Məmmədov, 68).
Ehtiyat oyunçular: 1. Natiq Səhrətov, 4. Ruslan Namazov, 7. Qalib Əmrahov, 17. Orxan İsmayılov.
Məşqçi: Sakit Alıyev.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 8. Tural Axundov, 9. Elşən Məmmədov, (16. Sergey Çernışev, 67), 19. Zaur Əsədov (17. Ravi Rəhmanov, 81), 23. Georgi Qulordava (7. Pərvin Paşayev, 76), 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 14. Fərid Həşimzadə, 25. Nəriman Həsənov, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
 
AZAL - Neftçi - 1:3 (0:2)
Qollar: Cavid Hüseynov, 15 (0:1), Ritus Krjauklis, 17-öz qapısına (0:2), Rodriqinyo, 90 (0:3), Qvidas Yuska, 90+1 (1:3).
Vərəqələr: Robert Petrov, 75 - Rəşad Abdullayev, 64, Tərlan Quliyev, 90 – sarı, Robert Petrov, 87 – qırmızı.
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Azər Əsgərov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
1 may 2011. “AZAL” stadionu. 3000 tamaşaçı.
AZAL: 96. Elşən Poladov, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (6. Ritus Krjauklis, 15), 14. Elvin Əliyev, 7. Tərlan Xəlilov, 11. Zohair Benouahi, 16. Mensur Limani (15. Qvidas Yuska, 66), 17. Vüsal Qarayev (23. Pius İkedia , 40), 21. Mirko Bunyevçeviç, 24. Enyo Krastovçev.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 10. Nuqzar Kvirtiya, 22. Anar Həsənli, 9. Viktor İbekoyi.
Baş məşqçi: Nazim Süleymanov.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k) (3. Denis Silva, 59), 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo (17. Araz Abdullayev, 37), 10. Emil Mpenza (4. Yasin Hima, 42), 11. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov.

 

1
Neftçi
29
19
8
2
51-12
65
2
Xəzər Lənkəran
29
15
10
4
34-16
55
3
Qarabağ
29
16
6
7
36-18
54
4
AZAL
29
12
9
8
31-24
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
29
9
10
10
31-28
37
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
29
11
8
10
25-28
41
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
29
6
7
16
21-41
24
5
Simurq
29
3
7
19
15-46
16
6
MOİK
29
2
6
21
9-53
12
 
Bombardirlər:
15. Bahodir Nasimov (Neftçi)
14. Georgi Adamiya (Qarabağ)
11. Flavinyo (Neftçi)
10. Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.