2 may 2011 12:18

Rail Məlikov: Bu çempionluğu bizim qədər heç kim arzulamırdı

“Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az saytına müsahibəsində qazandıqları çempionluqdan və zədəsindən danışıb.

- 6 illik fasilədən sonra “Neftçi” yenidən çempion oldu. Onda bu komandada oynamasaz da, indi “ağ-qaralar”ın kapitanısız. Təəssüratlarınız necədi?
- Çox müsbət. Biz bu mövsümə çox yaxşı başladıq və öz məqsədimizə çatmaq üçün sona kimi çalışdıq. Təsadüfi deyil ki, çempionluğumuzu da sona 3 tur qalmış təmin etdik. Bu da onu göstərir ki, yəqin bu çempionluğu bizim qədər heç kim arzulamırdı.
 
- Siz düşünürsüz ki, digərləri çempion olmaq istəmirdi?
- Biz bu turnirin qalibi olmuşuqsa, deməli, bizdən çox bunu arzulayan yox imiş. Bu çempionluğu daim bizim yanımızda olan azarkeşlərimizə və “Neftçi”ni ölkənin ən güclüsü etmək istəyən klub prezidenti Sadıq Sadıqova həsr edirik.

- Çempionluğu məhz bu turda qeyd etməyə hazırlıqlı görünürdüz...
- Çempionluq sevincimizi növbəti turlara saxlamaq istəmirdik. Təəssüf ki, meydanda sona kimi qala bilmədim. Amma bu, heç nəyi dəyişmədi. Ən önəmlisi odu ki, qızıl medalları özümüz üçün təmin etdik.

- “Qarabağ” – “Bakı” oyununa baxa bildiniz? Hansı ki, qeydə alınan həmin 2:2hesabı sizin çempionluğunuza zəmin yaratdı.
- 80-ci dəqiqəsinə kimi baxdım. Ardından isə öz oyunumuza görə Şüvəlana getməyə borclu idik. Əlbəttə ki, oyuna çıxanda artıq ağdamlıların xal itirdiyini bilirdik. Bundan sonra bizə sadəcə AZAL-a qalib gəlmək qalırdı ki, buna da nail olduq.
 
- Bu mövsüm çoxları iddia edir ki, “Neftçi”yə hakimlər çox kömək etdi. Bu fikirlər sizi məyus etmir ki?
- Bunlar hamısı boş-boş söhbətlərdi. Biz hər şeyə öz gücümüzlə nail olduq və Azərbaycan çempionu adını qazandıq. Bizim oyunumuz da bunun göstəricisidi.

- Zədəniz nə yerdədi?
- Ümid edirəm ki, ciddi heç nə yoxdu. Gördüyünüz kimi, hər şey qaydasındadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.