2 may 2011 12:24
Qarabağ – Bakı matçında ölüm hadisəsi
Mayın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində Suraxanı qəsəbəsində keçirilən “Qarabağ” – “Bakı” oyununda ölüm hadisəsi baş verib. Azerisport.az xəbər verir ki, bu barədə Suraxanı rayon Prokurorluğundan məlumat yayılıb.
Məlumatda bildirilir ki, saat 17:15 radələrində görüşü tribunadan izləyən azarkeş, 1949-cu ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuş Qasımov Kərəm Əhməd oğlu qəfildən ölüb. Yanında əyləşdiyi şəxslərin dediyinə görə, 62 yaşlı azarkeş qəfil qarnını tutub və onun ağzından köpük gəlməyə başlayıb, o elə tribunadaca keçinib. İlkin ehtimala görə, K.Qasımov ürək tutmasından vəfat edib.
Meyit ekspertizaya göndərilib. Araşdırma aparılır. (lent.az)
