2 may 2011 12:50

Sadıq Sadıqov: Neftçi`nin Avropada da parlaq qələbələrinin şahidi olacağıq

"Neftçi"nini prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqov komandasının Premyer Liqanın qalibi olması ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun prezidenti bunları dilə gətirib:
 
“Azərbaycanın bir nömrəli futbol klubunun azarkeşləri bu anı səbirsizliklə gözləyirdilər. Şadam ki, komandamız bu mövsüm çətin missiyanın öhdəsindən layiqincə gələrək, azarkeşlərə bu sevinci yaşatdı.
 
"Neftçi" 2010/2011-ci il futbol mövsümünə ciddi hazırlaşmışdı. Komandanın heyətində bir çox dəyişikliklər etdik. Səviyyəli legionerlərdən və ölkəmizin tanınmış futbolçularından, həmçinin yerli gənc oyunçulardan qurulan bir komandanın qarşısına heç şübhəsiz ki, ən yüksək vəzifə - çempionluq qoyulmuşdu. Komandamız da bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldi.
 
Amma bununla bizim hədəfimiz bitmir. Qarşıda "Neftçi"ni Avropa Çempionlar Liqasında gərgin mübarizə gözləyir. İnanıram ki, biz birlikdə "Neftçi"nin qitə miqyaslı oyunlarda da parlaq qələbələrinin şahidi olacağıq.
 
Azərbaycan futbolu 2011-ci ildə 100 illik yubileyini qeyd edir. Biz də "Neftçi" futbol klubu olaraq Avropada qazanacağımız uğurlarla bu yubileyə töhfəmizi vermək arzusundayıq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən ölkə futbolunun inkişafı üçün böyük işlər görülür. Uşaq və yeniyetmə futboluna diqqət artırılır, məşqçilər və futbolçular üçün hər cür şərait yaradılır, futbol veteranlarına, mütəxəssislərə qayğı göstərilir, infrastrukturanın yaradılması üçün önəmli planlar həyata keçirilir. Qalır futbolçularımızın öz oyunu ilə nailiyyətlər qazanaraq, azarkeşlərə sevinc hisləri yaşatması.
 
Ümidvaram ki, "Neftçi"nin də yaxın gələcəkdə bu qələbələrdə payı olacaq. Bir daha komandamızın bütün üzvlərini çempionluq münasibəti ilə təbrik edirəm və bu qələbələrin davamının gəlməsini arzulayıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.