3 may 2011 13:43

Rednik: Hakimlər komandaların əziyyətinə hörmətlə yanaşmalıdı

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik azerisport.az saytına müsahibəsində komandasının oyunundan, qarşıdakı “Bakı” ilə kubokun cavab görüşünüdən və finala çıxmaq şanslarından danışıb.
 
- “Bakı” ilə cavab oyununa hazırlıqlarınız necə gedir?
- Komanda tam gücüylə hazırlıqlarını davam etdirir. Biz bu görüşün nə dərəcədə vacib olduğunu dərk edirik. Komandada zədəli futbolçular var ki, bu da bizi narahat etməyə bilməz. Dörd oyunçumuzun qarşıdakı matçda iştirakı sual altındadı. Məhz bu üzdən onlar “İnter”lə son oyunda da iştirak edə bilmədi. Amma buna baxmayaraq, komandada əla əhval-ruhiyyə var ki, “Bakı”yla dueldə xeyrimizə işləyə bilər.
 
- “İnter”lə son oyunda Julius Vobayı oynatmadınız, Uinston Parksı isə sonradan döyüşə atdınız. Onları “Bakı” ilə oyuna qoruyurduz?
- Dediyim kimi, onlar zədəli olduqları üçün ehtiyatda qalmışdılar. Son turda “Bakı” və AZAL bütün fikirlərini ölkə kubokuna yönəltsə də, sadəcə “İnter” maksimum güclə oynamağa üstünlük verdi. “Bankirlər”lə oyunda biz də qələbə qazanmaq istəyirdik. Lakin eyni zamanda başa düşürdük ki, hazırda bizim üçün kubok daha vacibdi.
 
- XL-ın finala çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Hər iki komandanın şansları bərabərdi. Biz Lənkərandakı 1:0 hesablı qələbəni unutmağa və elə oynamağa borcluyuq ki, hesab açılmayıb. İkinci oyun çox şeyi həll edəcək. Biz ilk oyundakı qələbənin üstünlüyü ilə yaşasaq, bu, bizə problem yarada bilər. Komanda da başa düşür ki, kubokda hər şeyə iki oyunda aydınlıq gəlir. Birinci oyunda qələbə qazansaq da, ikinci oyunda da eyni uğuru təkrarlamağımız vacibdi. Aydın məsələdi ki, “Bakı” evdə daha yaxşı oynayır. Amma biz də finala çıxmağı çox istəyirik.
 
- Deməli, siz hələ komandanızın üstün olduğunu düşünmürsüz?
- Üstünlüyümüz var, amma çox azdı. Əsas odu ki, cavab oyununda qələbə qazanmaqla finala daha layiq olduğumuzu sübut edək.
 
- Lənkərandakı oyunda “Bakı” heç də az qol vəziyyəti yaratmadı. Bu, sizin müdafiədəki problemlərdən xəbər vermir ki?
- Bizim müdafiədə heç də hər şey yolunda deyildi. Sadəcə, “Bakı”nın da əla futbolçulara malik olduğunu qeyd etmək lazımdı. Məsələn, Jaba, Roşa kimi təhlükəli hücumçuları var. Bu futbolçular istənilən komandaya başağrı yarada bilərlər. Həmin oyunda hər iki komandanın qol vurmaq üçün xeyli şansı oldu.
 
- Siz “Bakı” ilə XL arasındakı oyunların prinsipiallığından xəbərdarsız?
- Ötən mövsüm baş verənlərdən xəbərdaram. Sadəcə, komandaya indi daha çox kənar şeylər yox, qarşıdakı cavab oyununu düşünmək lazımdı. Prinsipiallığa gəlincə, biz sadəcə finala vəsiqə qazanmaq istəyirik. Hər iki komanda güclüdü. Buna görə də heç kim hansısa komandanın favorit olduğunu deyə bilməz.

- Komandanız finala çıxa bilməsə, necə olacaq?
- Bu haqda düşünmək istəmirəm. Mən baş məşqçiyəm və komandamın gücünə inanıram. Biz çox çətin oyuna hazırlaşırıq. Məqsədimiz qalib gəlməkdi. Yaxşı şeylər haqda düşünməliyik. Komandamın potensialı da final haqda düşünməyə əsas verir. Biz heç nədən qorxmuruq. Sadəcə hakim səhvlərindən çəkinirik. İstəməzdim ki, hakimlər oyunun gedişinə təsir edə biləcək səhvlərə yol versinlər. Belə oyunlarda hər şey bərabər olmalıdı. Hakimlər də komandaların əziyyətinə hörmətlə yanaşmalıdı. İnanmaq istəyirəm ki, hakimlər oyunu yüksək səviyyədə idarə edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.