3 may 2011 13:53
Neftçi, Bakı, AZAL və Qəbələ`yə sərt cəza
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunun oyunları ilə bağlı aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın 29-cu turunun “Simurq” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Deon Barton kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Qarabağ” – “Bakı” matçında “Bakı”nın 4 futbolçu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Neftçi” matçının 87-ci dəqiqəsində AZAL-ın futbolçusu Robert Petrov hakimə qarşı kobud hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı (bu cəza yalnız çempionat oyunlarına şamil edilir) üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Stadionda “Neftçi” klubunun azarkeşləri yerləşən sektorda azarkeşlər tərəfindən metal arakəsmələr əyilmiş və sındırılmışdır. Bu səbəbdən “Neftçi” klubu dəymiş zərərə uyğun olaraq AZAL klubunun təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
