3 may 2011 14:05
Millimizin daha bir üzvü Qəbələ`də!
Tovuzun “Turan” klubunun və millimizin müdafiəçisi Vurğun Hüseynov tezliklə “Qəbələ”yə keçəcək. Azerisport.az xəbər verir ki, bu futbolçunu uzun müddətdi sıralarına qatmaq istəyən Qəbələnin eyniadlı klubu bu istəyinə məhz cari mövsüm başa çatan kimi nail olacaq.
Toni Adamsın komandası Hüseynovla 3 illik müqavilə bağlamağa hazırlaşır. Maraq üçün xatırladaq ki, bölgə təmsilçisi Vurğun Hüseynovdan öncə millimizin digər müdafiəçisi Mahir Şükürovu da sıralarına qatmışdı.
