3 may 2011 14:48
Təxirə salınmış oyunun hakim təyinatları açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 28-ci turunun təxirə salınmış "Turan" - "İnter" oyunu sabah keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu oyuna təyinatlar açıqlanıb.
Belə ki, Tovuzdakı qarşılaşma Elvin Əsgərovun rəhbərlik edəcəyi hakimlər briqadası tərəfindən idarə olunacaq.
Əvəzedicilərin çempionatı
28-ci turun oyunu
4 may
Turan - İnter
Hakimlər: Elvin Əsgərov, Vüqar Bayramov, Rüfət Ələsgərov, Əli Əliyev
Hakim-inspektor: Əvəz Şıxıyev
Tovuz rayonu, Qaraxanlı qəsəbə stadionu. Saat 14:00.
