3 may 2011 15:06
Bakı - XL, AZAL - İnter matçlarına təyinatlar açıqlandı
Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq bu oyunlara təyinatlar da açıqlanıb.
Lakin hələlik "Bakı" - "Xəzər Lənkəran" və AZAL - "İnter" oyunlarına yalnız AFFA nümayəndələrinin və hakim-inspektorların təyinatları bəllidi. Hakim təyinatları isə güman ki, sabah oyuna bir saat qalmış açıqlanacaq.
Azərbaycan kuboku
1/2 final
Cavab oyunları
4 may
Bakı - Xəzər Lənkəran (ilk oyun: 0:1)
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
AZAL - İnter (ilk oyun: 0:0)
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 18:00.
