3 may 2011 15:19
Qazaxıstan millimizlə oyun öncəsi qapıçısını itirdi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının qapıçısı David Loriya ölkə çempionatının oyununda ciddi zədə ilə üzləşib. Azerisport.az xəbər verir ki, hələlik o, ev şəraitində müalicə olunur.
Lakin Qazaxıstan mətbuatının yazdığına görə, yaxınlarda o, Almaniyaya yollanaca. Məhz burda ona dəqiq diaqnoz qoyulacağı və əməliyyat olunacağı gözlənilir. Həkimlər isə Loriyanın ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağını proqnozlaşdırırlar. Bu isə təcrübəli qapıçının millimizlə oyunda iştirak etməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, Qaxaxıstanla ilk oyunumuz iyunun 3-də Astanada keçiriləcək.
