3 may 2011 15:43
Türkiyə yığmasının hücumçusundan gözlənlilməz və riskli addım (FOTO)
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının hücumçusu Hamit Altıntop böyük fədakarlıq edib. Azerisport.az xəbər verir ki, Almaniyanın “Bayern” klubunun hücumçusu Türkiyənin Belçika ile oynayacağı qarşıdakı prinsipial matç səbəbindən əməliyyat olunmaqdan imtina edib.
Münhen klubunda üzləşdiyi zədə səbəbindən son dövrlər elə də çox forma geyə bilmirdi. Məhz bu üzdən “Bayern” rəhbərliyi türkiyəli ön xətt oyunçusunun əməliyyat olunmasına qərar versə də, Hamitin xahişi onların bu planını müvəqqəti təxirə salıb. Belə ki, həyati əhəmiyyətə malik Belçika ilə oyunda iştirak etmək istəyən Altıntop “Bayern”in həkimi Kristian Nerlingerlə görüşərək, əməliyyatın iyunun 3-dən sonraya keçirilməsini xahiş edib.
Qeyd edək ki, Hamitin bu addımı nə qədər fədakar görünsə də, əslində çox risklidi və bu, zədənin vaxtında aradan qaldırılmasına mane ola bilər.
