3 may 2011 16:07
Slavço Georgiyevski: Ən yaxşı olmaq həmişə xoşdu
“Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın 29-cu turunun AZAL ilə oyunundan (3:1) sonra azerisport.az saytının suallarını cavablayıb.
- Azərbaycandakı ilk mövsümünüzdə çempion tituluna yiyələndiz. Təəssüratlarınız necədi?
- Mən Azərbaycana elə bunun üçün gəlmişdim. Mən klubla mövsümün əvvəlində müqavilə bağlayanda demişdilər ki, komanda bu mövsüm çempion olmalıdı. Bu, bizim qarşımıza qoyulan ilkin vəzifə idi. İndi isə bizi avrokuboklarda da uğur qazanmaq vəzifəsi gözləyir. Burda da özümüzü təsdiqləməyə çalışacağıq.
- Mən Azərbaycana elə bunun üçün gəlmişdim. Mən klubla mövsümün əvvəlində müqavilə bağlayanda demişdilər ki, komanda bu mövsüm çempion olmalıdı. Bu, bizim qarşımıza qoyulan ilkin vəzifə idi. İndi isə bizi avrokuboklarda da uğur qazanmaq vəzifəsi gözləyir. Burda da özümüzü təsdiqləməyə çalışacağıq.
- Çempionluğu rəsmiləşdirdiyiniz AZAL ilə oyun haqda nə deyərdiniz?
- Biz Şüvəlana qələbə üçün getmişdik. Fikrimcə, yaxşı oyun keçirdik və nəticədə çempionluğumuzu da elə bu qarşılaşmada rəsmiləşdirdik. Belə oyundan sonra çempionluğu bayram etmək çox xoş idi.
- “Neftçi” oyuna çox fəal başlamışdı...
- Oyundan öncəki tapşırıq belə idi. Oyun başlayan kimi iki qol vurduq, ardından isə öz qapımızın təhlükəsizliyi haqda düşünməyə başladıq. Hər şeyə ilk yarıda aydınlıq gətirmək istəyirdik, gördüyünüz kimi buna da nail olduq. “Xəzər Lənkəran” və “Qarabağ”ın xal itkiləri də bizi ancaq qələbə qazanmağa səsləyirdi. Belə bir şans olduğu halda biz xal itirə bilməzdik.
- İndi yəqin ki, mümkün qədər tez istirahətə yollanmaq istəyirsiz...
- Kimdi məni buraxan? Son tura kimi oynamalıyıq. Biz çempionatın qalibi olsaq da, o, hələ bitmiyib.
- Yeri gəlmişkən, sizin hər 3 əvəzetməniz məcburiyyətdən baş tutdu...
- Bilmirəm niyə, amma rəqib futbolçular çox kobud oynayırdılar. Amma AZAL stadionunun qazonunu qeyd etmək də yerinə düşər. Belə meydanda top qovmaq çox xoş idi. Bu komandaya Azərbaycan kubokunda uğurlar arzulayıram.
- Siz artıq neçənci dəfədi çempionatın qalibi olursuz?
- Mən iki dəfə Qyoko Haciyevski ilə Makedoniya çempionu olmuşam. Çox razıyam ki, “Neftçi” ilə də bu istəyimə çata bildim. İndi həm vətənimdə, həm də Azərbaycanda titulumun olmasıyla fəxr edə bilərəm.
- Hansı çempionluq daha yaddaqalan olub?
- Çempionluq çempionluqdu. Onu hətta Afrikada da qazansan, xoşdu. Ən yaxşı olmaq həmişə xoş olur.
