3 may 2011 16:45
“Hər kəs Azərbaycanla prinsipial oyundan qələbə gözləyir”
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının əsas qapıçısı David Loriya iyunun 3-də keçiriləcək oyun ərəfəsində iki ölkənin əsas komandalarının şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, qazax həmkarlarımıza müsahibəsində millimizlə də bağlı fikirlərini açıqlayıb:
“Biz indi keçmişlə yox, gələcəklə yaşamalıyıq. Ən yaxın oyunumuz isə qarşıdakı Azərbaycanla qarşılaşmadı. Hər kəs bu prinsipial oyundan qələbə gözləyir. Amma sizə deməliyəm ki, Azərbaycan yığması olduqca yaxşı səviyyədədi və bizim komandaya çox çətin olacaq. Amma biz qələbə qazanmaq üçün maksimum gücümüzü meydanda qoymalıyıq”.
