3 may 2011 17:14
Cari mövsümün qalibləri medallarını mayın 24-dən sonra alacaq
Futbol üzrə Azərbaycan çempionatının cari mövsümünün qaliblərinin mükafatlandırma mərasimi mövsüm bitəndən sonra təşkil olunacaq. Azerisport.az xəbər verir ki, qaliblər öz medallarını Azərbaycan kubokunun final oyunundan sonra alacaq.
Qeyd edək ki, ölkə kubokunun həlledici oyunu mayın 24-də keçiriləcək. Lakin mükafatlandırma mərasiminin dəqiq vaxtı hələlik müəyyənləşməyib.
