3 may 2011 17:41
Azərbaycan kubokunun finalçıları müəyyənləşdi
Futzal üzrə ölkə kubokunun finalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarımfinal mərhələsində “Araz” 8:3 hesabı ilə “Azmetko”nu, “Ekol” isə 7:5 hesabı ilə “Neftçi” İSM komandasını məğlub edib.
Beləliklə, kubokun həlledici oyunu “Araz” və “Ekol” arasında keçiriləcək. Bu komandalar arasındakı final oyunu mayın 11-də, saat 17:00-da, ABU Arena İdman Kompleksində keçiriləcək.
