3 may 2011 18:36

Sadıq Sadıqov: Onlar Neftçi`nin qələbəsini qəbul etməlidilər

“Neftçi”nin prezidenti Sadıq Sadıqov Azərbaycan çempionu olmaqla vəsiqə qazandıqları UEFA Çempionlar Liqasında qarşılarına qoyduqları vəzifələri açıqlayıb. Azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
 
“Bizim çempionluğumuz hələlik ilk addım idi. Biz, əlbəttə, klubumuzun bu qələbəsindən çox şadıq. Amma bizi qarşıda Çempionlar Liqasında da uğurlu çıxış gözləyir. Başa düşürəm ki, komandam üçün çətin olacaq. Ancaq “Neftçi” uğurlu çıxış etməyə borcludu. Oyunçular da belə hesab edir ki, komanda minimum iki mərhələ keçməlidi”.
 
“Ağ-qaralar”ın prezidenti iki gün öncə rəsmiləşdirdikləri çempionluğun böyük məsuliyyət olduğunu dilə gətirib: “Neftçi” xalq komandasıdı, neftçilərin komandasıdı. Əgər biz onları sevindirə bildiksə, deməli öz işimizi düzgün qurmuşuq. Bu qələbəmizdə təkcə oyunçuların, məşqçilərin yox, həm də sizlərin xidməti böyükdü. Siz jurnalistlər futbolumuzun, klublarımızın inkişafına çox kömək edirsiz. Həmçinin bizim baş sponsorumuzu da xüsusi qeyd etmək istərdim”.

Sadıqov bu mövsümük rəqabətdən də danışıb: “Bu mövsümkü çempionat çox maraqlı mübarizə şəraitində keçdi. Hətta “Neftçi”nin 3 tur öncədən çempion olması da intriqanın olmamasından xəbər vermir. Maraqlı mövsüm idi. Hansı ki, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, AZAL və “Bakı” da çempion ola bilərdi. Bizim bəxtimiz gətirdi”.

“Fikrimcə, qazandığımız xallar, qələbələr, vurduğumuz qollar “Neftçi”nin əsl gücünün göstəricisidi. Mən neçə ildi idmandayam və bunun nə demək olduğunu gözəl bilirəm. Son bir ildə də uduzanları yaxşıca tanımağa başlamışam. Ona görə də onlardan danışmaq istəmirəm. Onlar “Neftçi”nin qələbəsini qəbul etməlidilər” – deyə, Sadıqov tənqidçilərin və rəqiblərinin də cavabını verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.