3 may 2011 11:42
İsgəndər Cavadov: Neftçi heç də ideal formada deyil
AFFA-nın İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində cari mövsümün gedişini dəyərləndirib.
- Çempionatın finişi sizi təəccübləndirdi?
- Hesab edirəm ki, birinci altılığa düşən hər bir komanda çempionluğa layiq idi. “Xəzər Lənkəran”la “Qarabağ” da çempion olmağa çox yaxın idi. Amma onlar çoxlu xal itkisi ilə üzləşdilər. Mən deməzdim ki, “Neftçi” oyununa görə rəqiblərindən üstün idi.
- “Neftçi”nin qələbəsi sizin üçün nə dərəcədə əlamətdar oldu?
- Bu klub artıq uzun illər idi çempion ola bilmirdi. Bu qələbə daha çox onu göstərdi ki, yerli mütəxəssislər də işləyə bilir. Bu, Arif Əsədovun qələbəsidi. Özünüz baxın: əksər klublar əcnəbi mütəxəssis gətirib. Hansı ki, onlar gələndə komandanı ən güclü edəcəyinə söz vermişdi. Amm nəticədə tam fərqli şeylərin şahidi oluruq.
- Bu klub artıq uzun illər idi çempion ola bilmirdi. Bu qələbə daha çox onu göstərdi ki, yerli mütəxəssislər də işləyə bilir. Bu, Arif Əsədovun qələbəsidi. Özünüz baxın: əksər klublar əcnəbi mütəxəssis gətirib. Hansı ki, onlar gələndə komandanı ən güclü edəcəyinə söz vermişdi. Amm nəticədə tam fərqli şeylərin şahidi oluruq.
- Son üç mövsümdə çempion adətən son turda müəyyənləşirdi. Bu ilə isə sona 3 tur qalmış artıq çempionluq mübarizəsi başa çatıb...
- Bu, qeyri-sabitlikdən xəbər verir. Bizim futbolda, futbolçularda sabitlik çatışmır. Heç təkcə bizim futbolçularda yox, elə əcnəbilərdə də. Məsələn, çempionatın bombardiri olan Bahodir Nasimov mövsümün əvvəlində qollarını sıralayırdı. Amma indi heç xatırlamıram ki, o, sonuncu qolunu nə vaxt vurub. Amma ən yaxşı bombardirimizdi!
- “Neftçi”nin oyununu bəyənirsiz?
- Onlar heç də ideal formada deyillər. Ola bilər ki, onlar Azərbaycanda ən güclüdülər, amma bu, avrokuboklarda yetərli olmayacaq. Heyətdə ciddi problemlər var. Mən onlara məsləhət vermirəm. Hər halda klubun öz prezidenti, məşqçi korpusu var. Qoy həll etsinlər.
- Sizi “ağ-qaralar”da daha çox narahat edən problem hansıdı?
- Yarımmüdafiə. Bu, çox şeyi həll edir. Komandada hücumçularla da bağlı problem var. Düşünmürəm ki, avrokuboklarda Mpenza ilə Nasimov azarkeşlərin bütün ümidlərini doğrulda biləcək. Bir mərhələ keçə bilərlər. Amma sonra heç nə edə bilməzlər.
- Bəs müdafiə?
- Əgər yarımmüdafiə və hücum xətti qaydasında olsa, onda müdafiə sakit öz oyununu göstər bilər. Qələbəni ancaq qol vurmaqla qazanmaq olur.
- Belə çıxır ki, “Neftçi”nin problemləri hələ yenicə başlayır?
- Azərbaycan çempionu olmaq çətin deyil. Bizdə hər mövsüm yeni çempion olur. Amma hanı avrokuboklarda uğurumuz? “Qarabağ”dan başqa bizi hələ heç kim sevindirməyib. İndi azarkeşlər “Neftçi”dən də uğurlu çıxış gözləyir. Amma onlar belə oyunla Çempionlar Liqasında heç nə edə bilməyəcəklər.
