4 may 2011 00:01

Finala bir addım qalmış büdrəyən kim olacaq?

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və saatda keçiriləcək.
 
Bir sözlə, finalçıların kimliyini elə eyni anda bilmiş olacağıq. Təbii ki, oyunlardan biri əlavə vaxta getməsə.
 
Öncə AZAL - "İnter" oyununa toxunmaq istərdik. Məlum olduğu kimi paytaxt klubları ilk oyunda qolsuz heç-heçəyə razılaşmışdı. Bu üzdən də artıq dəqiqdi ki, qollu heç-heçə meydan sahiblərinə qətiyyən sərf etməyəcək. Axı belə olan halda növbəti mərhələyə məhz “bankirlər” yüksələcək. Odu ki, meydan sahibləri mütləq qələbə qazanmalıdı.
 
Lakin onlar bunu baş məşqçi Nazim Süleymanovun yoxluğunda etməli olacaqlar. Çünki ilk oyundakı hakimlikdən ciddi şəkildə narazı qalan bu mütəxəssis texniki zonadan qovulmuşdu. Dünən keçirilən AFFA İntizam Komitəsinin iclasında çıxarılan qərara əsasən Süleymanov bir kubok oyununda texniki zonada yer ala bilməyəcək. Həmin diskvalifikasiya da məhz “İnter”lə cavab görüşünə təsadüf edəcək.
 
Nəzərə alsaq ki, artıq hər iki klub Premyer Liqada mükafatçılar sırasına düşmək şansına malik deyil, bu üzdən hər ikisi kubokdakı mübarizəni davam etdirməyə borcludu. Əks halda avrokuboklara vəsiqə arzusu gerçəkləşməyə bilər. Baxmayaraq ki, AZAL kubokda mübarizəni dayandırsa da belə, bu yolda müəyyən şansa malik olacaq. Çünki əkc yarımfinal cütündəki “Xəzər Lənkəran” kuboka sahib çıxsa, Premyer Liqada da ikinci və ya üçüncü olacaq ki, onun əvəzində çempionatdakı vəsiqə məhz 4-cü olacaq komandaya çatacaq. “İnter”də isə yalnız bir şans var: kubokda uğurlu sona çatmaq. Əks halda avrokubokların yeni mövsümündə bu komandanı görə bilməyəcəyik.
 
"Bakı" - "Xəzər Lənkəran" cütündə isə eyni sözləri meydan sahibləri haqda demək lazımdı. Çünki ilk oyunda minimal hesabla uduzan Aleksandr Starkovun komandası onsuz da Premyer Liqadakı mövsümü tam boşa verib. Kubokda da mübarizə bu mərhələdə bitsə, “zolaqlılar” da “İnter” kimi cari avrokubok mövsümündə ölkəmizi təmsil edə bilməyəcək. Bunun üçün də mütləq cənublulara qalib gəlmək və ötənmövsümkü titulu qorumaq lazımdı. Axı paytaxt klubu kubokun hazırkı qalibidi.
 
Lakin ötən mövsüm məhz onlara uduzaraq həm çempionluqdan, həm də kubokdan məhrum olan “Xəzər Lənkəran”ın bu dəfə ilk oyunda qazandığı üstünlüyü əldən verənə oxşamır. Hər halda Mirça Rednik söz verdiyi çempionluq titulunu əzəli rəqib “Neftçi”yə uduzduqdan sonra məhz kubokda bu uğursuzluğu unutdurmaq istəyir. Əks halda onun çəkdirdiyi böyük xərclər müqabilindəki nəticəsi nəinki lənkəranlı, hətta digər futbol azarkeşlərimizin də qətiyyən ürəyincə olmayacaq.
 
Azərbaycan kuboku
1/2 final
Cavab oyunları
4 may
 
Bakı - Xəzər Lənkəran (ilk oyun: 0:1)
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
AZAL - İnter (ilk oyun: 0:0)
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 18:00.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.