3 may 2011 00:06
Qızıl buts mükafatına namizədlərin siyahısı məlumdu
Avropada başa çatmaqda olan mövsümün ən yaxşı bombardirlərinin siyahısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Qızıl buts” mükafatına hazırda daha çox İspaniyanın “Barcelona” klubunun hücumçusu Lionel Messi yaxındı.
O, hazırda İspaniyanın digər nəhəngi “Real”da top qovan hücumçu Kristiano Ronaldonu 4 xal qabaqlayır. Onların mövsümün qalan hissəsindəki mübarizəsindən kimin qalib çıxacağı maraqla gözlənilir.
Qeyd edək ki, “Qızıl buts” mükafatına namizədlərin dünənə qədər olan vəziyyəti belədi:
Qeyd edək ki, “Qızıl buts” mükafatına namizədlərin dünənə qədər olan vəziyyəti belədi:
1. Lionel Messi (Barcelona) 31 x2 = 62
2. Kristiano Ronaldo(Real) 29 x2 = 58
3. Antonio di Natale(Udinese) 26 x 2 = 52
4. Edinson Kavani (Napoli) 26 x 2 = 52
5. Mario Qomes(Bayern) 24 x 2 = 48
6. Papis Sisse (Freiburg) 22 x 2 = 44
7. Dimitar Berbatov (Manchester United) 21 x 2 = 42
8. Mussa Sou(Lille) 21 x2 = 42
9.Samuel Eto'о (İnter) 20 х 2 = 40
10. Kevin Qameyro(Lorient) 20 x 2 = 40
Sonda onu da vurğulayaq ki, “Böyük beşlik” ölkələrində çıxış edən futbolçuların vurduğu qollar 2 xal, digər ölkə çempionatlarındakı qollar isə 1 xalla qiymətləndirilir.
