3 may 2011 12:18
Azərbaycan millisi Litva və Rumıniya ilə üz-üzə
Mayın 7-dən 21-nə qədər Moldovanın Kişinyov şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış müddətində yığmamız “FA of Moldova Cup” turnirində də iştirak edəcək.
Qeyd edək ki, turnir mayın 10-dan 14-dək davam edəcək. Artıq komandamızın oyunlarının təqvimi də müəyyənləşib. Təqvim aşağıdakı kimidi:
10 may, saat 13:00
Azərbaycan – Litva
12 may, saat 19:00
Rumıniya – Azərbaycan
14 may, 14:30
Moldova – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
