4 may 2011 19:51

XL və İnter finalda (YENİLƏNİB)

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və saatda baş tutub.
 
Bir sözlə, finalçıların kimliyini elə eyni anda bilmiş olacaqdıq. Təbii ki, bunun üçün oyunlardan hansınınsa əlavə vaxta getməməsi vacib idi. Elə belə də oldu. "İnter" səfərdə AZAL-a minimal hesabla qalib gəlməklə finala yüksəldi. "Bakı" isə "Xəzər Lənkəran"ı məğlub etsə də, səfər qolu məhz Lənkəran klubunun finala çıxmasına şərait yaratdı.
 
Azərbaycan kuboku
1/2 final
Cavab oyunları
4 may
 
BAKI - XƏZƏR LƏNKƏRAN - 2:1 (0:0)
Qol: L.Roşa, 49 (1:0), Rahid Əmirquliyev, 57 (1:1), Ramim, 85-pen (2:1).
(İlk oyun: 0:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən hücuma atılıb
2. Parksın meydan sahiblərinin qapısına zərbəsini müdafiəçilər uzaqlaşdırır
6. "Bakı"nın cərimə zərbəsini müdafiəçilər önləyir
Oyun əsasən meydanın mərkəzində davam edir
15. "Bakı" daha bir cərimə zərbəsi vurmaq şansı qazansa da, yararlana bilmir
17. Elnur Allahverdiyev kobud oyuna görə sarı vərəqə alan ilk futbolçu olur
17. Todorovun cinahdan təhlükəli ötürməsini K.Ağayev tutur
19. A.Pitin cərimə zərbəsini M.Şarliya tutur
20. J.Vobaya qarşı təhlükəli nöqtədə qayda pozuntusuna yol verilir
21. A.Pitin bu dəfəki cərimə zərbəsi də M.Şarliya tərəfindən dəf olunur
23. "Bakı"nın təhlükəli hücumu qol gətirmir
23. Epizodun davamında qonaqların əks-hücumu zamanı A.Pitin uzaqdan zərbəsi qapının üstündən keçir
24. Jaba da uzaqdan zərbəylə şansını sınasa da, qeyri-dəqiq oynayır
Qarşılıqlı hücumlar davam etsə də, qapılar qarşısında real təhlükə yoxdu. Bu mənada xüsusilə qonaqlar özlərini çox sakit aparırlar və əks-hücumlara üstünlük verirlər
33. Parks künc zərbəsi zamanı başla qeyri-dəqiq oynadı
34. R.Todorovun keçmiş komandasının qapısına endirdiyi zərbə üstdən keçir
37. Çox maraqlı epizod yaşanır. M.Şarliya topu meydanda saxlamaq üçün kənara qaçıb topu geri qaytarsa da, Vobay üçün təkrar zərbə imkanı yaradır. Lakin Juliusun təkrar zərbəsini də elə Şarliya özü qapısına dönərək qaytarmağı bacarır
41. L.Roşanın cərimə zərbəsi qapıdan yan keçir
XL "Bakı"nın hücumlarının qarşısını səliqə ilə ala bilir
Birinci hissə başa çatır
İkinci hissə başladı
XL ikinci hissəyə əvəzetməylə başlayır: J,Vobayı Emeka Opara əvəzləyir
47. Roşa cərimə meydançasına girmək istəyərkən kobudluqla dayandırılır
49. Cərimə zərbəsini Roşa dəqiqliklə yerinə yetirdi və K.Ağayevə heç bir şans veri qoymadı - 1:0
50. XL qola qolla cavab verməyə yaxın olsa da, meydan sahiblərinin bəxti gətirir. Oparanın zərbəsi zamanı top Şarliyaya dəyib geri qayıdır
51. Parks qapıçıyla üz-üzə qalsa da, Şarliya irəli çıxıb təhlükəni sovuşdurur
Qol buraxdıqdan sonra artıq XL da hücum futbolu oyanamağa başlayıb
57. Opara sağ cinahla irəlilədikdən sonra qapı qarşısına ideal ötürmə etdi ki, burda boş mövqedə olan Rahid Əmirquliyev dəqiq zərbə ilə topu tora qovuşdurdu - 1:1
60. D.Souza sarı vərəqə alan növbəti futbolçu olur
61. "Bakı"da da İbrahim Karqbo sarı vərəqə ilə cəzalanır
62. "Bakı"da V.Boretslə L.Roşanı Vaqif Cavadovla Vyaçeslav Sofroni əvəzləyir
63. U.Parks inanılmaz şansı qaçırır. Müdafiəçilər onun yaxın məsafədən zərbəsini kornerə çıxarırlar
64. Oparanın uzaqdan zərbəsi qeyri dəqiq olur
65. "Bakı"da son əvəzləmə: Bəxtiyar Soltanovu Aleksandr Şoliç əvəzləyir
67. Ramimin cərimə zərbəsi canlı səddə dəyib, kornerə çıxır
72. "Bakı"nın cərimə zərbəsi zamanı müdafiəçilər topu kornerə çıxarmaqla təhlükəni sovuşdururlar
79. M.Skarlatake Ramimə qarşı kobudluğa görə sarı vərəqə alan növbəti futbolçu olur
82. U.Parksı Stelin Stanku əvəzləyir
84. A.Şoliç komandasını hesada önə keçirməyə yaxın olsa da, Kamran topu kornerə çıxarır
85. XL-lı oyunçu cərimə meydançasında əllə oynadığı üçün penaltiyə səbəb olur
85. F.L.Ramim K.Ağayevlə mübarizədən qalib ayrılır - 2:1
87. D.Souzanı Alim Qurbanov əvəzləyir
"Bakı" təzyiqi daha da artırıb, XL isə tam müdafiəyə çəkilərək, hesabı qorumağa çalışır
Oyunun əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+1. A.Qurbanovun uzaqdan zərbəsini M.Şarliya çətinliklə dəf edir
90+4. Cərimə meydançasına asma zamanı Sofroninin təhlükəli baş zərbəsini son anda K.Ağayev zərərsizləşdirə bilir
Matç başa çatdı və XL finalda!
 
AZAL – İNTER - 0:1 (0:1)
Qol: D.Odikadze, 2.
(İlk oyun: 0:0)
Bakı. Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
 
Oyun başladı
2. "İnter"hesabı açır. Asif Məmmədovun asmasını D.Odikadze qapıdan keçirir - 0:1
4. AZAL cərimə zərbəsi yerinə yetirir. V.İbekoyinin zərbəsini müdafiəçilər qaytarır
6. AZAL-ın hücumu yenə nəticəsiz qalır
7. E.Əliyev qapıçı ilə üz-üzə qalsa da, topa zərbə endirməyə gecikir
11. D.Kruqlovun uzaqdan zərbəsini C.Həsənzadə tutur
12. A.Məmmədov meydanın sol cinahı ilə AZAL-ın cərimə meydançasına girib P.Zlatinova topu ötürür. Sonuncunun zərbəsi müdafiəçiyə dəyib meydana qayıdır
14. P.Zlatinovun zərbəsi G.Karlsonsa deyir və C.Həsənzadənin önünə düşür
"İnter" meydan sahiblərinə nisbətən daha fəal görünür
23. "İnter" künc zərbəsi qazanır. Qapı qarşısına asmanı C.Həsənzadə yumuruqları ilə uzaqlaşdırır
25. D.Kruqlov sol cinahla irəliləyib qapı qarşısına asma edir. C.Həsənzadə topu tutur
26. A.Məmmədov AZAL-ın cərimə meydançasına daxil olsa da, E.Əliyev onun fərqlənməsinə mane olur
29. E.Əliyevin qapı qarşısına asmasından sonra E.Krastovçev başla qapıya zərbə endirsə də, G.Lomaya topu tutur
32. A.Daşdəmirovun sağ cinahdan qapı qarşısına asmasından sonra G.Karlsons başla qapıya zərbə endirir. C.Həsənzadə yerindədi
37. "İnter"də erkən oyunçu dəyişikliyi: Zədələnmiş A.Məmmədovun yerinə meydana F.Despotovski daxil olur
40. V.İbekoyinin uzaqdan zərbəsinin qarşısını G.Lomaya alır
41. B.Çervenkonun sağ cinahdan ötürməsindən sonra G.Karlsonsun qapıya zərbəsi qapının yanından keçir
45. Birinci hissəyə iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. AZAL-ın künc zərbəsindən qol vurmaq istəyinin qarşısını V.Levin alır
50. E.Krastovçevin qapı qarşısına asmasını G.Lomaya tutur
52. V.İbekoyinin də eyni cəhdi oxşar şəkildə nəticəsiz qalır
55. AZAL-da M.Bunyevçevin əvəzinə meydana Q.Yuşka daxil olur
56. U.Ndukanın uzaqdan zərbəsini G.Lomaya qaytarır
57. D.Odikadzenin təhlükəli zərbəsini C.Həsənzadə qaytarır
60. R.Petrov topa əllə müdaxilə etdiyinə görə sarı vərəqə ilə cəzalanır
62. "İnter"də P.Zlatinovun yerinə meydana K.Mjavanadze daxil olur
66. D.Odikadzenin zərbəsi qapının üstündən keçir
70. AZAL-da V.İbekoyinin əvəzinə meydana M.Limani daxil olur
74. G.Karlsons qapıçı ilə üz-üzə qalsa da, C.Həsənzadə ilə mübarizədən məğlub ayrılır
77. "İnter"sə G.Karlsonsun əzəzinə meydana R.Poşkuş daxil olur
81. AZAL-ın künc zərbəsi zamanı fərqlənmək istəyi bəhrəsiz qalır
81. Q.Yuşka "İnter"in cərimə meydançasına daxil olsa da, G.Lomaya topa yiyələnir
83. D.Kruqlovun uzaqdan zərbəsi qapı tirinin yanından keçir
85. Kobud oyuna görə A.Nəbiyev sarı vərəqə ilə cəzalanır
89. D.Odikadzenin zərbəsi müdafiəçiyə dəyib meydanı tərk edir
90. Oyunun əsas vaxtına iki dəqiqə əlavə olunur
Matç başa çatdı və "İnter" finalda!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.