4 may 2011 14:09
Mitreski: Azərbaycanı Makedoniya ilə oyunun favoriti sayıram
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Azərbaycan milli komandasının Makedoniya ilə sınaq matçının keçirilməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının avqustda Bakıya səfərini belə dəyərləndirib:
“Təbii ki, Azərbaycanda top qovan makedoniyalılar üçün Bakıda komandanıza qarşı oynamaq çox xoş olacaq. Mənim üçün bu görüş xüsusi əhəmiyyət daşıyacaq. Maraqlı oyun olacaq və bu qarşılaşmanın favoritikimi elə Azərbaycan millisini görürəm. Necə də olmasa, Azərbaycan öz meydanında çıxış edəcək. Sizin heç də pis olmayan komandanız var ki, bizə müqavimət göstərə bilər”.