4 may 2011 15:26

Georgi Adamiya: Kubokun finalında XL-la İnter qarşılaşacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Azərbaycan kubokunun cavab yarımfinal oyunları öncəsi iştirakçı komandaların şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə “Bakı”yla Premyer Liqanın 29-cu turunun oyununu (2:2) şərh edib:

“Birinci hissədə hücum qurmaqda müəyyən qədər çətinlik çəkirdik. Amma “Bakı” ilk 45 dəqiqədə öz şanslarından yararlana və bizə iki qol vura bilmişdi. Buna baxmayaraq, hesab edirəm ki, ikinci hissədə biz daha yaxşı oynadığımızı sübut etdik”.
 
Adamiyanın sözlərinə görə, rəqibin sıx qrafiklə oynaması oyunlarına qətiyyən təsir göstərmir? “Onların ehtiyat oyunçular skamyası kifayət qədər uzundu. Demək olar ki, hər mövqeyə iki layiqli namizədləri var. Yəni hardasa, iki bərabərsəviyyəli heyətə malikdi. Bir sözlə, onların heyəti çox güclüdü. Onlar sıx qrafiklə oynasalar da, bizə qalib də gələ bilərdilər. Amma biz məğlubiyyətdən qaça bildik”.

Gürcü yarımmüdafiəçi ölkə kubokunun yarımfinal cütlükləri ilə bağlı bunları dilə gətirib: “Bakı” kimi, onun rəqibi “Xəzər Lənkəran”ın da oyun qrafiki çox çətindi. Amma mən bilmirəm onlardan hansı yorğun olacaq. Hər halda oyun hər şeyi göstərəcək. İndi sadəcə bu oyunun çox çətin keçəcəyini demək olar”.
 
Adamiyanın finalçılarla bağlı proqnozu isə belədi: “Əlbəttə, kimin finala çıxacağını indidən deyə bilmərəm. Sadəcə, mən belə hesab edirəm ki, finalda XL-la “İnter” qarşılaşacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.