4 may 2011 15:55
Asif Məmmədov: AZAL-ı keçməyə borcluyuq
“İnter”in hücumçusu Asif Məmmədov AZAL ilə bugünkü kubokun cavab yarımfinal oyunu öncəsi komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz ilk oyunu unutmalı və ancaq cavab matçına köklənməliyik. Hesab edirəm ki, komandaların şansları bərabərdi. Belə oyunlarda favorit olmur. Rəqibimizin əla heyəti var. Bizim kimi onlar da Azərbaycan kubokunun finalına yüksəlməyi çox istəyirlər. Ancaq biz AZAL-ı keçməyə borcluyuq. Əks halda avrokuboklara yollanmaq şansımızı riskə atmış olacağıq”.