4 may 2011 17:04
Bakı - XL, AZAL - İnter matçlarının hakimləri açıqlandı
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq həm AZAL – “İnter”, həm də "Bakı" - "Xəzər Lənkəran" oyununa hakim təyinatları bəllidi.
Şüvəlandakı qarşılaşmanı FİFA referisi Fariz Yusifov idarə edəcək. Mərkəzi arenadakı prinisipial qarşılaşmanı isə Rövşən Əhmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Azərbaycan kuboku
Yarımfinal
Cavab oyunları
AZAL - İnter (ilk oyun: 0:0)
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu. Saat 18:00
Bakı - Xəzər Lənkəran (ilk oyun: 0:1)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Elçin Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
