4 may 2011 18:56
AFFA Yaz turniri keçirəcək
AFFA və Əlillər Futbolu Federasiyası tərəfindən mayın 10-dan 12-dək eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə yenə 4 komanda iştirak edəcək.
Artıq “Ümid”, “Birlik”, “Zirvə” və “Şimşək” komandalarının yarışacağı turnirin təqvimi də müəyyənləşib. 3 gün davam edəcək turnirin təqvimini diqqətinizə çatdırırıq:
Yaz turniri
10 may
10:00. Açılış mərasimi
10:30. Ümid – Birlik
11:30. Zirvə – Şimşək
11 may
10:00. Zirvə – Birlik
11:00. Şimşək – Ümid
12 may
10:00. Şimşək – Birlik
11:00. Ümid – Zirvə
12:30. Mükafatlandırma
