4 may 2011 20:19
Aleksandr Starkov: Komandama iradım yoxdu
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Azərbaycan kubokunun “Xəzər Lənkəran”la yarımfinal mərhələsinin cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın latviyalı çalışdırıcısı komandasının 2:1 hesablı qələbəyə rəğmən, finala çıxa bilməməsi ilə bağlı bunları dilə gətirib:
“Mən Azərbaycan kubokunun finalına vəsiqə qazana bilmədiyimiz üçün çox məyusam. Şanslarımız olsa da, bundan yararlana bilmədik. Uşaqlar çalışdılar, çox çalışdılar. Mənim onlara heç bir iradım yoxdu. İndi bu mövsümü başa çatdırmaq lazımdı. Lakin gizlətmirəm ki, motivasiyasız bu, çox çətin olacaq”.
