4 may 2011 20:22
XL-ın məşqçisi: Mən bunu başa düşə bilmirəm
“Xəzər Lənkəran”ın məşqçisi Mihay Teja Azərbaycan kubokunun “Bakı” ilə yarımfinal mərhələsinin cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednikin cəzalı olması səbəbindən komandanı meydana məhz köməkçisi çıxarmışdı ki, o, 1:2 hesablı yenilgidən sonra bunları dilə gətirib:
“Özünüz hər şeyi gördünüz. Mən sadəcə bunu başa düşə bilmirəm. Komandamı finala vəsiqə qazanması münasibətilə təbrik edirəm və azarkeşlərimizə minnətdarlığımızı bildirirəm”.
