4 may 2011 20:30
AZAL-ın məşqçisi: Erkən qol bizə çətinlik yaratdı
AZAL-ın məşqçisi Rafiq Mirzəyev Azərbaycan kubokunun “Xəzər Lənkəran”la yarımfinal mərhələsinin cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı komandasının 0:1 hesablı yenilgisindən sonra bunları dilə gətirib:
“Çox gözəl oyun alındı. İlk dəqiqələrdə buraxdığımız qol bizə çətinlik yaratdı. Çox yaxşı mübarizə apardıq, lakin, istəyimizə çata bilmədik. Bu, futboldu. Qarşıda çempionat oyunlarımız var. Çalışacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq. “İnter” klubunu təbrik edirəm, finalda uğurlar arzulayıram”.
