5 may 2011 00:02

Bakı üçün hər şeyin sonu, digərləri üçün davam anı

Artıq Azərbaycan kubokunun finalçılarının kimliyi bəllidi. Azerisport.az xəbər verir ki, cavab yarımfinal görüşlərində iki oyunun nəticəsinə gülən komandalar “Xəzər Lənkəran”la “İnter” oldu.
 
“Xəzər Lənkəran” hələ ilk oyunda keçirilən qarşılaşmada minimal hesablı qələbə qazanmaqla finala daha yaxın olduğunu isbatlamışdı. Bu üzdən də “Bakı” cavab görüşündə mərhələ adlamaq üçün mütləq 2 cavabsız qol vurmalıydı. Rəqibindən fərqli avrokuboklara yollanmaq üçün yeganə şansı kuboku qazanmaq olan Aleksandr Starkovun komandası görüşdə hesabı da açdı. Lakin fasilədən sonra buna nail olan “zolaqlılar” heç qolunu sevincini dadmamış aldığı zərbə ilə şanslarını azaltdı. Çünki cənubluların vurduğu qoldan sonra meydan sahibləri finala vəsiqə qazanmaq üçün daha iki dəfə fərqlənməliydi. Amma onların gücü sadəcə cavab oyununda qələbə qazanmağa çatdı. Ümumi qələbə isə “Xəzər Lənkəran”a qismət oldu. Düzdü, ümumi nəticə 2:2 olsa da, hər halda səfərdə vurulan qol məhz cənubluların finala çıxmasına şərait yaratdı.
 
Beləcə, ötən mövsüm ölkə kubokunu qazanan “zolaqlılar” məhz həmin finaldakı rəqibinə uduzaraq həm cari mövsümü titulsuz bitirməli oldu, həm də avrokuboklardan kənar qaldı. “Ağ-yaşıllar” isə nəhayət ki, ötənmövsümkü qisasını almasıyla təsəlli tapa bilər. Lakin onların bu sevincinə oyundan sonra başverənlərin müəyyən qədər kölgə saldığı da şübhəsizdi. Axı hakimlikdən kəskin şəkildə narazı qalan qonaqların bəzi futbolçuları, eləcə də klub rəsmiləri polislər tərəfindən fiziki təzyiqlərə məruz qaldı ki, bunlar da təəssüf doğurmaya bilməz. Nə qədər acınacaqlı olsa da, Azərbaycanın yaşıl meydanlarında az qala hər oyunda azarkeşlər, jurnalistlər, klub rəsmiləri müxtəlif formalarda polis və ya təhlükəsizlik işçiləri tərəfindən fiziki təzyiqlərlə məruz qalırlar. Vəziyyət isə düzəlmək bilmir ki, bilmir.
 
Digər yarımfinal cütünə gəlincə, Şüvəlan stadionunda keçirilən AZAL – “İnter” görüşündə qonaqların kiçik bir üstünlüyü var idi. Bu isə, qolsuz başa çatan ilk oyundan sonra “bankirlər”in cavab görüşündə hətta istənilən məhsuldar heç-heçə sayəsində də finala yüksəlmək şansına malik olmasıydı. Bu üzdən Nazim Süleymanovun komandası onun yoxluğunda mütləq qələbə qazanmağa məcbur idi. Amma həmin qələbə Kaxaber Sxadadzenin komandasına qismət oldu. Bu isə, daha çox onun yetirmələrinin erkən vurduğu qol sayəsində mümkün oldu. Bundan sonra tərəflərin çoxsaylı cəhdləri faydasız qaldı və minimal hesablı qələbə “İnter”i Azərbaycan kubokunun finalına çıxardı.  Bu üzdən çempionatda avrokuboklara vəsiqə qazanmaq şansını itirən “İnter” kubokdakı şansını saxlamış oldu.
 
Beləliklə, Azərbaycan kubokunun cari mövsümünün həlledici oyununda “Xəzər Lənkəran”la “İnter” qarşılaşacaq. Maraq üçün qeyd edək ki, bu komandalar 3 il öncə də kubokun finalında üz-üzə gəlmişdilər və Lənkəran klubu qələbə qazanan tərəf olmuşdu. Bütövlükdə isə, bu dəfəki həlledici oyun hər iki komanda üçün tarixindəki dördüncü final görüşü olacaq. XL indiyəqədər həmin finallardan ikisində qələbə qazana bilibsə, “bankirlər” heç vaxt buna nail ola bilməyib. Bu qarşılaşmanın mayın 24-də keçiriləcəyini də xatırladaq.
 
Azərbaycan kuboku
Yarımfinal
Cavab oyunları
 
AZAL - İnter - 0:1 (0:1) (ilk oyun 0:0)
Qol: David Odikadze, 2.
Vərəqələr: Robert Petrov, 60, Aqil Nəbiyev, 83 – sarı.
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elman Musayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 2 dəq.
4 may 2011. Bakı. “AZAL” stadionu. 2800 tamaşaçı
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis (10. Nuqzar Kvirtiya, 46), 9. Viktor İbekoyi (16. Mensur Limani, 67), 11. Zohair Benouahi, 21. Mirko Bunyevçeviç (15. Qvidas Yuşka, 53), 23. Pius İkedia, 14. Elvin Əliyev, 24. Enyo Krastovçev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 17. Vüsal Qarayev, 22. Anar Həsənli.
Məşqçi: Rafiq Mirzəyev.
İnter: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 11. Asif Məmmədov (12. Filip Despotovksi, 38), 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (88. Kaxaber Mjavanadze, 63)
15. Vladimir Levin (k), 19. David Odikadze, 20. Girts Karlsons (32. Robertas Poşkus, 75), 21. Arif Daşdəmirov, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 23. Şəhriyar Rəhimov, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Bakı - Xəzər Lənkəran - 2:1 (0:0) (ilk oyun – 0:1)
Qollar: Leonardo Roşa, 49 (1:0), Rahid Əmirquliyev, 57 (1:1), Fabio Luis Ramim, 85-pen (2:1).
Vərəqələr: İbrahim Karqbo, 61 - Elnur Allahverdiyev, 17, Dieqo Souza, 60, Manuel Skarlatake, 79 – sarı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
4 may 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 4000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Rafael Əmirbəyov (k), 4. Vadim Borets (9. Vaqif Cavadov, 62), 15. Cəmşid Məhərrəmov, 18. Radomir Todorov, 20. Fabio Luis Ramim, 27. Bəxtiyar Soltanov (77. Aleksandar Soliç, 67), 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 85. Jaba, 99. Leonardo Roşa (12. Vyaçeslav Sofroni, 62).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 5. Stefan Borbikoni, 7. Mahmud Qurbanov, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 5. Dieqo Souza (18. Alim Qurbanov, 87), 8. Nikolae Muşat, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 17. Xristu Kyaku, 27. Manuel Skarlatake, 36. Uinston Parks (77. Stelian Stanku, 82), 84. Julius Vobay (15. Emeka Opara, 46).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 6. Simao Bruno, 7. Ruslan Poladov, 19. İbrahima Banqura.
Məşqçi: Mihay Teja.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.