4 may 2011 11:37

Çertoqanov: AZAL-a uduzmaqdan, heç-heçə etməkdən artıq bezmişik

“İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytına müsahibəsində AZAL ilə Azərbaycan kubokunun cavab oyunu ərəfəsindəki şanslarını dəyərlənsirib.
 
- AZAL ilə oyunu bu mövsüm üçün sizin çıxacağınız ən vacib oyun hesab etmək olarmı?
- Bəli, elədi ki, var. Şübhəsiz, çox vacib oyundu və bunu gizlətməyə dəyməz. Elə buna görə də mümkün qədər yaxşı köklənməyə çalışırıq.
 
- Bu mövsüm yenə bilmədiyiniz AZAL-ı necə keçməyi düşünürsüz?
- Bunu artıq məşqçilərimiz həll etməlidi. Bu haqda bizimlə danışırlar. Qol vurmağımız vacibdi. Özü də nə qədər çox qol vursaq, bir o qədər yaxşıdı. Bu komandayla oyunlardakı heç-heçələrdən, məğlubiyyətlərdən artıq bezmişik. Bu dəfə həm də qol buraxmamağa çalışmalıyıq.
 
- Ev oyunundakı qolsuz heç-heçəyə rəğmən sizin finala çıxmaq şanslarınız çoxdu...
- Mən bu fikirlə razı deyiləm. Onların şansları niyə azdı ki? Onlar hətta Premyer Liqanın da turnir cədvəlində bizi qabaqlayırlar. Buna görə də “İnter” onları öz meydanında məğlub edə bilmədi. Ona görə də istənilən halda şanslar bərabərdi.

- Belə oyun ərəfəsində sizin qələbə üzünə həsrət qalmağınız narahatlıq yaratmır ki?
- Əlbəttə, yaradır. Bu, komandanın da oyununa mənfi təsir göstərir. “Xəzər Lənkəran”la son oyunda çoxlu qol vəziyyətləri yaratdıq. Amma cəmi bir qol vura bildik və lazımsız qol buraxaraq, yenə qələbə qazana bilmədik. “Neftçi” də son dəqiqələrdə məğlubiyyətdən qaçmışdı.
 
- AZAL ilə oyunda isə sizə qələbə qazanmaq elə də vacib deyil...
- İstənilən halda finala vəsiqəni qələbə ilə qazanmaq istərdik. Qollu heç-heçəyə ümid etmək bizim üçün çox pis nəticələnə bilər. Çünki AZAL istənilən an qol vura, qələbə qazana bilər.
 
- “Xəzər Lənkəran”la oyunda siz meydana sadəcə ikinci hissənin ortalarında daxil oldunuz ki, buna da təsadüfi hallarda rast gəlmək olar. Bu, nə ilə bağlı idi?
- Komandada kifayət qədər oyunçu var. Baş məşqçi hesab edirdi ki, mən istirahət etməliyəm. Son dövrlər mən heç bir oyunu buraxmırdıım. Buna görə də istirahət mənə mane olmazdı. Həm də “İnter”in 3 dayaq yarımmüdafiəçisi var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.