4 may 2011 12:00
AFFA Azərbaycan millisinə nəhayət ki, rəqib tapdı
AFFA rəhbərliyinin 2011-ci ilin avqustunda futbol üzrə əsas yığmamızın yoldaşlıq oyunu keçirməsi üçün rəqib axtarışına çıxdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu axtarışlar bəhrəsini verib.
Belə ki, bu il avqustun 10-da, Bakı şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşmanın başlanma saatı isə hələlik dəqiqləşməyib.
